“Heç vaxt “Barselona”ya məşqçi kimi qayıtmayacam” –Qvardiola

  • By admin
  • 18 Fevral 2017 15:37

q

 

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”ya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis sabiq komandasına qayıtmayacağını deyib.

“Heç vaxt “Barselona”ya məşqçi kimi qayıtmayacam. Həyatımın bu dövrünü keçmişəm”.

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunu çalışdırıb. Onun rəhbərliyi altında “Barsa” bir çox titullara yiyələnib.

Gununsesi.info