Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

24 Fevral 2018
23 Fevral 2018

14 Noyabr 2017 - 17:54

“Heç vaxt boş vədlər verməmişik, nəyi demişiksə, onu da təmin etmişik”- İLHAM ƏLİYEV

“Biz bu günə qədər heç vaxt boş vədlər verməmişik, nəyi demişiksə, onu da təmin etmişik”.

Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Gələcək fəaliyyətimizlə bağlı əlbəttə ki, hər bir sahə üzrə konseptual yanaşma var. Mən əgər bu gün bütün planlar haqqında danışsam, bir neçə saat vaxt lazım olacaq. Mən bu gün sizin və ictimaiyyətin diqqətinə gələcəkdə əsas, önəmli istiqamətlər üzrə görüləcək işlər haqqında fikirlərimi çatdırdım. Bir daha demək istəyirəm ki, bu planların reallaşması üçün bütün imkanlar var. Biz bu günə qədər heç vaxt boş vədlər verməmişik, nəyi demişiksə, onu da təmin etmişik. Bizə ictimaiyyət, xalq tərəfindən inamın böyük hissəsi məhz bununla bağlıdır. Ancaq real planlar, real nəticələr və problemlər haqqında danışmışıq. Əlbəttə ki, cəmiyyətdə kifayət qədər problemlər var. Biz onları bilirik və bu problemlərin həlli istiqamətində öz fəaliyyətimizi, səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik”.

Gununsesi.info