Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

18 Noyabr 2017

15 Sentyabr 2017 - 21:11

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şirvanda uşaq bağçası istifadəyə verilib

img-30836-slide2
Sentyabrın 15-də Şirvan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihəsi çərçivəsində tikilən 100 yerlik uşaq bağçası istifadəyə verilib.

Fonddan APA-ya verilən məlumata görə, ikimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb.

Təhsil ocağında altı qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun özünün məşğələ, oyun, kompüter, yataq otaqları və yeməkxanası var.

Müasir tələblər əsasında inşa edilən bağça havalandırma sisteminə malikdir, yeni avadanlıq və inventarla təchiz edilib. Həyətdə abadlıq, yaşıllaşdırma işləri aparılıb.

Gununsesi.info





loading...