Hindistandan Qətərə dəstək - HÖKUMƏT YERLİ AVİAŞİRKƏTLƏRƏ MÜRACİƏT EDİB

  • By admin
  • 22 İyun 2017 13:54

avia

Hindistan hökuməti yerli aviaşirkətlərə Qətərə əlavə reyslərin həyata keçirilməsi ilə bağlı müraciət edib.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bu qərar Ramazan bayramı günlərində və ondan sonrakı müddətdə sərnişindaşımada yaranan böyük tələbatla bağlıdır.

Hindistanın mülki aviasiya naziri Aşok Qacapati bildirib ki, əlavə reyslərin həyata keçirilməsi iki aviaşirkətə tapşırılıb.

Reyslər əsasən Dohadan Hindistanın Trivandram, Koççi və Mumbay şəhərlərinə olacaq.

Qeyd olunur ki, 22-23 iyun tarixlərində uçuşları “Jet Airways”, 25 iyun-8 iyul tarixlərində “Air India Express” aviaşirkətləri həyata keçirəcək.

Gununsesi.info