Hökumət investisiya xərclərini 83 faiz artırdı

  • By admin
  • 20 Oktyabr 2017 16:12

budget-521x456

2018-ci ildə dövlət büdcəsində əsaslı  xərclərinin həcmi 7 milyard 873 milyon manat proqnozlaşdırılır.

Gununsesi.info bunun 2018-ci ilin dövlət büdcəsi layihəsinə istinadən xəbər verir.

Layihəyə görə, əsaslı vəsait qoyuşunun həcmi 2017-ci ill müqayisədə 46 faiz çoxdur.

İnvestisiya xərclərinin dövlət büdcəsindəki payı 37.7 faizdir.

Əsaslı xərclərin tərkib hissəsi olab dövlətin investisiya xərcləri 4.9 milyard manat təşkil edir. Bu da cari illə müqayisədə 83 faiz (2.2 milyard manat )çoxdur. Bu vəsaitlər hesabına xüsusi dövlət alışlarının həyata keçirilməsinə, sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidənqurulmasına və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin alınmasına yönələcək.

Vüsalə

Gununsesi.info