“Hökumət ötür-ötür oyunu ilə məşğuldur” - DEPUTATDAN SƏRT İTTİHAM

  • By admin
  • 16 Mart 2018 17:20
“Bu gün Şəki şəhərində 441 insan əlində  bütün hüquqi sənədi olduğu halda insanlar nə orada ev tikə bilir, tikəndə yaşaya bilmir”.
Gununsesi.info xəbər verir ki, bunu deputat Yaqub Mahmudov Milli Məclisdə hökumətin hesabatının çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Şəki şəhərində 500-dək insana ev tikmək üçün yer ayrılıb və onlara lazımi bütün sənədlər verilib.
“Artıq həmin ərazidə 200-dən artıq ev tikilib və orada təqribən 1000-dək insan yaşayır. Ancaq uzun illərdidr ki, həmin əraziyə qaz verilmədiyindən insanlar əziyyət çəkir. Dəfələrlə aidiyyatı orqanlara müraciət olunsa da, hökumət ötür-ötür oyunu ilə məşğuldur. Burada hökumət üzvlərinin olmasından istifadə edib onları bu oyunlara son qoyulmağa çağırıram. Buna yol vermək olmaz.  Xüsusən də prezident seçkiləri ərəfəsində… Belə məsələlərə həssas yanaşmaq lazımdır. Necə ola bilrə ki, Şəki şəhərinin bir hissəsinə qaz verilsin. Digər hissəinə yox?! Buna son qoymaq lazımdır. Məhz bunun nəticəsidir ki, əlində sənədi olan digər şəxslər ərazidə qaz olmadığından ev tikə bilmir”.
Şəkinin əlverişli turizm bölgəsi olduğunu qeyd edən deputat bu rayonda hava limanının tikilməsinin vacibləyini də dilə gətirib:
“Bu gün Şəki turizm cəhətdən inkişaf edən bölgələrdən biridir. İldə bura yüz minədək turist gəlir. Amma burada hava limanı yoxdur. Hansı ki, sovet dönəmində hava limanı olub. Şəkinin turizm inkişaf etdiyi bölgə olduğunu nəzərə alıb hava limanı tikilməlidir”.
Ağsu rayonun problemlərini dilə gətirən deputat Tahir Kərimli məktəblərdəki vəziyyətin acınacaqlı olduğunu qeyd edib.
O bildirib ki, Ağsudakı məktəblərin əksəriyyəti 80-ci illərdə tikilən məktəblərdir və hazırda onların ciddi təmirə ehtiyacı var:
“Baxımsızlıqdan  məktəb binaları pis vəziyyətdədir. Yağan yağış suları sinif otaqlarına damır. Həta bu məktəblər ilan yuvalarına çevrilib. Məktəblərdə ilanlar gəzir. Bu problemlər həll olunmalıdır”.
 
Mürtəza
Gununsesiinfo