Hollivudda tarixi müqavilə

  • By admin
  • 14 Dekabr 2017 22:37


“Disney” şirkəti “21st Century Fox” studiyasını 52,4 milyard dollara alır

Gununsesi.info xəbər verir ki, çoxdan planlaşdırılan müqavilə bir neçə gün ərzində baş tutacaq.

Beləliklə, “Disney” onlayn-video sahəsində böyük oyunçu olacaq. “Neftlix”, “Apple” və “Amazon” isə bu böyük oyunçu ilə rəqabət aparmalı olacaqlar.

Bundan başqa, studiyanın “Deadpool”, “X-Men”, “Avatar”, “Fantastic Four”, “Simpsons” və s. kimi digər məşhur seriyaları “Disney”in tabeliyində olacaq. “Disney” həmçinin “FX” və “National Geographic” kabel televiziyalarına da sahib olacaq.

Gununsesi.info