Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

07 Dekabr 2017 - 16:16

İlham Əliyevdən siyasi məhbusların əfvi istənildi- MÜRACİƏT

Azərbaycanın bir sıra insan haqları müdafiəçiləri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Gununsesi.info xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Çox çətin geopolitik şərtlər altında Azərbaycan dövlətinin güclənməsi üçün gördüyünüz işlər ölkədə vətəndaş sülhünə töhfə verməkdədir. Ancaq insan haqları sahəsində həllini gözləyən bir sıra problemlər var ki, onları yenidən sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik.

Eleonora Ruzvelt tərəfindən hazırlanan Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyi 2018-ci ildə bütün dünyada böyük təntənə ilə qeyd olunacaq. Təbii, sivil dünyanın bir parçası kimi insan hüquq və azadlıqlarına dəyər verən Azərbaycan Respublikası bu prosesdən kənarda qalmayacaq. Ümid edirik ki, uzun illərin ənənəsini davam etdirərək bu il də bir sıra məhbusların azad edilməsinə fərman verəcəksiniz.

Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyinin astanasında Sizə müraciət edərək rəsmi Bakı ilə beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların azad edilməsini rica edirik. Sizin bu humanist addımınız, biz hüquq müdafiəçilərinin bayramına böyük hədiyyə olar, eyni zamanda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində cəmiyyətdə vətəndaş sülhünün yaranmasına xidmət edər”.

Müraciəti Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı, Hüquq Müdafiə Mərkəzi İdarə Heyətinin üzvü Zəlihə Tahirova, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Qəhrəmanlı, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva və  Humanitar Tədqiqatlar Mərkəzi İB-nin sədri Əvəz Həsənov imzalayıblar.

Gununsesi.info