Hüseyn Abdullayev gələn il seçkilərə qatılacaq - O, PREZİDENTLİYƏ NAMİZƏD OLACAQ

  • By admin
  • 13 Oktyabr 2017 11:38

huseynabdullaye

Hazırda Almaniyada mühacirət həyatı yaşayan sabiq millət vəkili Hüseyn Abdullayev 2018-ci ildə keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd olacaq.

Bu barədə Gununsesi.info-ya sabiq depuatata yaxın mənbədən məlumat daxil olub.

Qeyd edək ki, uzun illər YAP hakimiyyətinin tərəfdarı kimi tanınan Hüseyn Abdullayevin mövcud iqtidarla sonradan münasibətləri korlandı. Qısa müddətli həbs həyatı yaşayan Abdullayevin Bakıdakı biznesi də çökdürüldükdən sonra Avropaya üz tutub.

Gununsesi.az