İctimai nəqliyyatda ödəniş yeni üsulla olacaq

  • By admin
  • 21 İyun 2017 16:55
2017-06-21-16-56-001498048342_dsc_2165
Payızda Bakının ictimai nəqliyyatında sərnişinlər üçün yeni təmassız ödəniş üsulu təqdim ediləcək.
Gununsesi.info xəbər verir ki, bunu Trend-ə layihəyə yaxın mənbə məlumat verib.
Məlumata əsasən, Bakı Metropolitenində və sərnişin avtobuslarında quraşdırılmış kart-riderlərin də dəstəklədiyi xüsusi kartlar tədavülə buraxılacaq.
Bu kartların balansı “elektron pul kisəsi” vasitəsilə yüklənəcək. Yeni təmassız kartların gündəlik balansının avtomatik doldurulması da nəzərdə tutulur. Kartın yüklənməsi zamanı balansın dəyəri virtual hesabdan silinəcək.
Yeni kartları “Azərpoçt” MMC-nin poçt şöbələrindən əldə etmək mümkün olacaq.

Gununsesi.info