XƏBƏR LENTİ

18 Fevral 2018
17 Fevral 2018

19 Yanvar 2018 - 17:50

İİTKM-də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib.

Gununsesi.info-nun xəbərinnə görə, seminarda ÜDM-in gələcək inkişaf tempinin hesablanması, fiskal vəziyyətə təsir edən əsas amillər, Azərbaycanın tədiyyə balansının əsasları barəsində fikir mübadiləsi aparılıb. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) eksperti Benedikt Braumann tərəfindən keçirilən seminar iştirakçıların aktiv debatı ilə müşayət olunub. 3 gün davam edən seminarda, beynəlxalq təcrübələri əks etdirən “Case study”, həmçinin Azərbaycan üçün ödəmə balansının əsasları kimi mövzulara da toxunulub.

Qeyd edək ki, SECO-nun eksperti Benedikt Brauman Beynəlxalq Maliyyə Korparasiyasında da uzun illər çalışıb və müxtəlif ölkələr üçün maliyyə planlamalarını aparıb. B.Brauman müəllifi olduğu və öz təcrübəsinin əks olunduğu “Makroiqtisadi planlama” kitabını təlim iştirakçılarına hədiyyə edib.

Gülnaz Qənbərli

Gununsesi.info