İki avtobus toqquşdu: 6 ölü, 15 yaralı

  • By admin
  • 20 Fevral 2017 12:22

avtobus
Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İğdır valisi Əhməd Turqay Alpman bildirib ki, hadisə İğdir-Aralık magistral yolda qeydə alınıb.

İlkin məlumata görə, toqquşması nəticəsində 6 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Qeyd edək ki, hazırda hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.

Anar
Gununsesi.info