İlhamə Quliyevanın bacısı: “Dənizə baxıb kövrələrək dedi ki…”

  • By admin
  • 25 Fevral 2017 17:28

8993748054b90fb024a5eef782544640

 

Xalq artisti İlhamə Quliyevanın həyat və yaradıcılığından bəhs edən kitab işıq üzü görəcək.
Bu haqda musavat.com saytına açıqlamasında mərhum xalq artistinin bacısı Gülbahar Quliyeva məlumat verib. O bildirib ki, kitab Quliyevanın doğum günündə təqdim olunacaq:
” İlhamənin yoxluğu çox ağır itkidir. Dövlətimizi, xalqımızı çox sevən insan idi. O, bizim hamımıza, ailəmizə, dostlarımıza dayaq olub.  Mən nə qədər yaşayacağamsa, onu xatirəsi yaşayacaq.  Bacım üçün kitab yazıram. Avqustun 17-də olacaq ad günü üçün bir çox işlər görəcəyəm.  Böyük sənətkar, böyük şəxsiyyət, insansevər adam idi. Xəstə olanda belə heç vaxt sızıldanmırdı.   Problemini demək istəmirdi ki, camaat narahat olmasın.  Onun haqqında bir xatirəni danışım, birlikdə dəniz qırağında gəzirdik, çox fikirli idi. Dənizə baxıb kövrələrək dedi ki, “Dəniz qədər çox sevilmək istəyirəm”.  Mən də bacımı dəniz qədər sevirəm. Allah məkanını cənnət eləsin”.

 

 

Gununsesi.info