Gununsesi.info xəbər verir ki, bu barədə aznews.az -a onun özü məlumat verib: “48 saatdan sonra məni sərbəst buraxdılar”.

Qeyd edək ki, İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova Orxan Nadirovun həbs olunmasında onun yaxın dostu Vüqar Bəkirovu ittiham edib. Daxili İşlər Nazirliyi Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində tutulub.

Gununsesi.info