İlham Əliyev “AZAL”-dan narazıdır

  • By admin
  • 19 Yanvar 2017 13:28
ilham
Deputat İlham Əliyev də “AZAL”-ın fəaliyyətindənn narazıdır.
Gununsesi.info xəbər verir ki, o da bu barədə narazılığını Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sesiyası ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 19-da keçirilən iclasında dilə gətirib.
“Bu yaxınlarda tanışlarımdan biri xaricə gedirdi, bileti də 660 manata almışdı, yəni, “econom-klass”.
Özü ilə də iki sumka-cemodan aparırdı. Onun çemodanının birini aldılar, digərinə isə 50 dollar istədilər…Bu, axı, nə deməkdir? Belə də özbaşınalıq olar? Bunlar hamısı inhisarçılıqdan irəli gəlir və bunlara son qoyulmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info