İlham Əliyev yumurta döyüşdürdü - FOTOLAR

  • By admin
  • 19 Mart 2018 18:00

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.  Azərbaycan  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. 

Gununsesi.info xəbər verir ki, dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Dövlət başçısı və xanımı “Novruz” yarmarkası ilə tanış olublar.











Gununsesi.info