İlin vəkili nominasiyasının qalibi məlum oldu - FOTOLAR

  • By admin
  • 19 Oktyabr 2017 19:06

B855AAC2-5170-4CE3-B7FE-0AE859843B57

Bakıda “The First” mükafatının VIII təqdimetmə mərasimi baş tutub.

Gununsesi.info xəbər verir ki, mükafatlandırma mərasiminə dövlət rəsmiləri, millət vəkilləri İsa Həbibbəyli, Məlahət İbrahimqızı, Türkiyənin mədəniyyət müşaviri İrfan Çiftçi, TÜİB sədri Hüseyin Büyükfırat, Azərbaycan Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının sədrləri, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Türkiyənin mədəniyyət nazirinin müavini Hüseyin Yayman, Türkiyə səfirliyinin Azərbaycandakı keçmiş mədəniyyət müşaviri Seyid Ahmed Arslan və bir sıra şəxslər qatılıb. Tədbirdə həmçinin Türkiyə və Cənubi Azərbaycandan olan qonaqlar da iştirak edib.

Mükafatçılar sırasında elm, siyasət, iqtisadiyyat, mədəniyyət və ədəbiyyat aləminin tanınmış nümayəndələri də var.

28 nəfərə müxtəlif nominasiyalar üzrə “The First” mükafatı təqdim olunub. Mükafatçılar sırasında Xalq artistləri Firəngiz Əlizadə, Rasim Balayev, Alim Qasımov, Yazıçılar Birliyinin sədri Anar, bəstəkar Gövhər Həsənzadə, millət vəkili İsa Həbibbəyli və Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da olub.

Tədbirdə ilin vəkili nominasiyasında qalib isə, tanınmış vəkil Ceyhun Yusifov olub. Ceyhun Yusifova mükafatı millət vəkili İsa Həbibbəyli təqdim edib.

34FD61CF-34AA-41E8-A042-7C6FC73020A8

Gununsesi.info