İlk internet məhkəmə - ÇİNDƏ

  • By admin
  • 18 Avqust 2017 21:15

mahkama=int

Çinin Çjeszyan əyalətinin Xançjou şəhərində ilk internet məhkəmə açılıb.

Gununsesi.info ria.ru saytına istinadla xəbər verir ki, internet məhkəmə onlayn ticarətdə dələduzluq halları, borc müqavilələri və internetdə müəllif hüquqlarının pozulması ilə bağlı materiallara baxacaq. Bütün prosedurlar məhkəmənin veb-saytı, dinləmələr və hökmün oxunması isə onlayn videotranslyasiya vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, şəhərin məhkəmə sistemi artıq kibercinayətlər üzrə bir çox işə baxıb və onların sayı getdikcə artır. 2013-cü ildə məhkəmə bu kimi 600 işə baxıb. Ötən il onların sayı 10 mini ötüb.

Gununsesi.info