“İlk sevdiyiniz insanla vaxtında evlənin” - SOSIOLOQLAR (ARAŞDIRMA)

  • By admin
  • 24 Fevral 2017 16:09

bextiyar1

Azərbaycanda son illər gənc yaşlarında  evlənənlərin sayı  xeyli azalıb.

Gununsesi.info-nun araşdırmalarına görə, bəziləri bunu təhsil, vaxtında  karyera uğrunda mübarizə aparmağa sərf edulən zamanla əlaqəndirsə də, “subaylıq sultanlıqdır” deyənlər də az deyil. Bu cür hallar əsasən də ABŞ və Avropada  təhsil alanlar arasında daha çoxdur.

Gununsesi.info-nun mövzuya bağlı sualarını cavablandıran ABŞ-ın nüfuzlu Harvard universitetinin məzunu Bəxtiyar Hacıyev  hesab edir ki,  gənclərin gec evlənməsinin əsas səbəbi  yaradan 3 problem var: “Gec evlənənlərin qarşılaşdıqları üç ümumi problem:   Birincisi, evlənməyə gecikmiş şəxslər gənc vaxtlardakı kimi tez aşiq ola bilmirlər. İkincisi asan aşiq ola bilmədiklərinə görə məntiq evliliyi etmək istəyirlər, o zaman da seçimlər arasında qaldıqca, “o, yoxsa, bu?”, “bəlkə, gecikdiyimə görə bir az da gözləyim, Mr./Ms. İdeal çıxacaq?” gözləntiləri çıxır.  Üçüncüsü isə, başları təhsilə, karyeraya, işlərə qarışır və namizədlərə qarşı gənc yaşlarda atdıqları romantik addımları atmaq çətinləşir. Çox şeyi qarşı tərəfdən gözləyirlər – armud bişsin, ağzıma düşsün.

Ona görə də,  onlara tövsiyyəm budur ki, əziz gənclər, ilk sevdiyiniz insanla vaxtında evlənin.Gələcəyimizsiniz siz gənclər.”-deyə o bildirib.

sehla

Sosioloq Şəhla Hüseynova isə hesab edir ki, əgər gənc oğlanlar üçün yuxarıda səsələndirilən  fikirlər problem yaradırsa, gənc qızlarda isə sadalananlarla bərabər  qarşı tərəfin mənzil problemi, işsizlik və ən başlıcası sosial problemlərin sürətlə artmasıdır: “Boşanmaların çoxalması da gənc qızların erkən evlənməsinin qarşısını alan maneələrdəndir.  Orta təhsilli qızlardan fərqli olaraq, ali təhsillilər cəmiyyətdə özünə yer tutmağı, karyera pilləsində yüksəlməyi, daha imkanlı kişilərlə ailə qurmaq arzusunu gerçəkləşməsi üçün sonalayıb, “Ağ atlı” şahzadələrinin gəlib onları tapacağına ümid etmələridir. Bəzən bu ləngimələrə maddi imkansızlıq da bu faktoru artır. Elə qızlar da var ki, maddi imkanları yetərincə olduğuna görə, “Özümü dolandırıram, pisə ərə getməkdənsə evdə oturmaq və ya azad münasibətlər” qurmaq daha yaxşıdır, deyə buna haqq da qazandırırlar.”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info