Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018

08 Dekabr 2017 - 18:25

İlqar Məmmədovun vəkilindən Novruz Məmmədova cavab- DANIŞIQLARA HAZIRIQ

Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov ötən gün maraqlı açıqlama ilə çıxış edib. Belə ki, o, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İlqar Məmmədovun məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola biləcəyini vurğulayıb. Novruz Məmmədov həmçinin, “Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər», deyə qeyd edib.

Sözügedən mövzu ilə bağlı Gununsesi.info-ya açıqlama verən İlqar Məmmədovun vəkili Fuad Ağayev danışıqlara hazır olduqlarını bildirib.

“Birincisi, doğrudan da dekabrın 1-dən edilmiş dəyişikliklərə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkən şəxslər cəzadan şərti olaraq vaxtından əvvəl azad oluna bilər. İlqar Məmmədov ona heç bir əsas olmadan təyin olunmuş cəzanın üçdə iki hissəsi artıq çəkib. Ancaq o özü şəxsən bu barədə müraciət etmək niyyətində deyil. Bunu başqa cür yozmaq istəyənlərə izah edirəm ki, İlqarın dörd il on ay həbsdə qalmasının səbəbkarı hökumətdir. Bu fakt Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında (artıq iki qərarında) və Avropa Şurası Nazirlər Komitəsinin çoxsaylı qərar və qətnamələrində öz əksini tapıb. Buna görə də, məhz hakimiyyət bu məsələni çözməlidir. Novruz Məmmədov onu da deyib ki, məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara getsə, daha yaxşı olar. Bildirirəm ki, biz belə danışıqlara hazırıq”, deyə vəkil Fuad Ağayev əlavə edib.

Gununsesi.info