İmişlidə qızıl oğruları tutuldu

  • By admin
  • 20 Yanvar 2017 20:53

ogru (1)

 

Qızıl mağazalarından birindən 3 kq qızıl əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayonunun Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Gununsesi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birindən 3 kiloqram qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

İ.Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299 adda) qızıl əşyalar maddi sübut kimi götürülüb.

Gununsesi.info