İmişlidə yaşayış binasında yanğın - SAKİNLƏR TƏXLİYƏ OLUNDU

  • By admin
  • 23 Yanvar 2017 10:16

yangin

İmişlidə yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, İmişli şəhərində 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yanğın zamanı iki nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info