İmperatorun qızı Atatürk üçün ağladı - FOTO+VİDEO

  • By admin
  • 22 May 2017 15:55

ataturk

Türk musiqisinin imperatoru, məşhur müğənni İbrahim Tatlısəs öz “İnstaqram” hesabından kiçik qızı Əlifin Atatürk üçün ağladığı videonu paylaşıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhz İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşegül Yıldızın çəkdiyi videoda Əlif bunları deyib: “Öləndən sonra duracaqmı? Atatürk heç ayılmayacaq. O zaman yatanda da gözəlim Atatürk üçün ağlayaram. Allah, məncə, gözəlim Atatürkü bura gətirər. Gətirərmi Allah?!”-, deyərək hıçqıraraq ağlayıb.

Qeyd edək ki, İbrahim Tatlısəs bu videonu öz “İnstaqram” hesabından paylaşdıqdan sonra şərh yazıb: “Sənin ATATÜRK sevginə qurban olaram. Sənin o göz yaşlarına qurban olaram. Özün gözəl, qəlbin təmiz Əlifim… Atatürk və vətən eşqini sənə öyrədən anana təşəkkür edirəm”.

08

https://www.youtube.com/watch?v=xzbeOnac77o&feature=youtu.be

Anar 

Gununsesi.info