İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb

  • By admin
  • 17 Fevral 2018 18:52

“Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir”.

 

Gununsesi.info-nun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

 

MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli sürüb və onlardan 7-sinin namizədliyi siyasi partiyalardan, birinin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Daha 4 nəfər namizədliyi fərdi qaydada irəli sürüb.

 

M. Pənahov qeyd edib ki, 12 nəfərin namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiq olunub, bir nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.

 Gununsesi.info