İndoneziya təhlükə ilə üz-üzə - VULKAN PÜSKÜRDÜ

  • By admin
  • 19 Fevral 2018 19:10

İndoneziyanın Sumatra adasında “Sinabunq” vulkanı püskürüb.

Gununsesi.info xəbər verir ki, vulkan beş kilometr hündürlüyədək kül sovurub.

Qeyd olunur ki, vulkan Medan şəhərinin hava limanının yaxınlığında yerləşir.

Vulkandan sovrulan kül kütləsi hava limanına çatmasa da, aviasiya üçün qırmızı təhlükə səviyyəsi elan olunub.

Qeyd edək ki, “Sinabunq” vulkanının hündürlüyü 2460 metr təşkil edir. Vulkan 400 illik fasilədən sonra 2010-cu ildən püskürməyə başlayıb.

Gununsesi.info