Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

10 Oktyabr 2017 - 14:52

“İnsanlara hacı deyilib-deyilməməsinə biz hökm verə bilmərik”- QMİ

hecc

“Vaxtilə insanlar Həcc, Kərbəla və digər müqəddəs ziyarətlərə çox böyük zəhmətlə gedirdilər. Səfərləri 6 ay, hətta bir ilə kimi çəkirdi. Qayıtdıqdan sonra isanlar onlara böyük həvəslə hacı, kərbəla, məşhədi deyirdilər”.

Gununsesi.info xəbər verir ki, bunu “report”a adların qarşısında hacı, məşhədi kimi titulların yazılmasına münasibətini açıqlayan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov danışıb.

A.Yaqubovun fikrincə, müəyyən pillələri keçib müxtəlif adlara layiq görülən insanlar kimi o zamanın ziyarətə gedənləri də bunun üçün əziyyət çəkirdilər: “Biri əziyyət çəkir elm öyrənir, pofessor adını alır, ona deyirlər. Bir insan müəllim, biri alim statusunu alır. Hərbi sahədə əziyyət çəkənlər rütbə alır, general olur və s. Belə adlar ona görə verilir ki, bu insanlar adları almaq üçün əziyyət çəkirlər. Böyük İslam alimlərindən də belə adlar götürənlər olub. Məsələn, böyük şəxsiyyətlər doğulduqları yerlə öyünürdülər və adlarının qarşısında doğma məkanın adını yazırdılar. Adlarının qarşısında İrəvani yazılan böyük şəxsiyyətlərimizdən bu gün də Nəcəf şəhərində böyük elmi mərkəzlərdə çalışanlar var”.

A.Yaqubov hesab edir ki, müqəddəs torpaqları ziyarət edən insanlar da adlarının qarşısında həmin məkanların qeyd olunmasından fərəh hissi keçirirlər.

O xatırladıb ki, hacı sözü Azərbaycanın rəsmi sənədlərində yazılmır, insanlar arasında hörmət əlaməti olaraq müraciətdə işlədilir: “Yalnız Səudiyyə Ərəbistanından bizə kvota veriləndə deyirlər ki, bu qədər sayda hacı gətirə bilərsiniz. Bizdə isə bu müraciət forması şifahi şəkildə işlədilir. Elə insan var ki, Həccə getdiyini gizli saxlayır və heç kim də ona hacı demir. Eləsi var ki, onun getdiyini bilirlər və ona o formada müraciət edirlər. İnsanlara hacı deyilib-deyilməməsinə, adının qarşısında yazılıb-yazılmamasına biz hökm verə bilmərik. Həcc ziyarətinə könüllü şəkildə gedilir və müraciət məsələsi də könüllüdür. Hacı şəklində müraciət edilməsi o baxımdan yaxşıdır ki, ətrafda hamı bu insanın Həcc vacibatını artıq yerinə yetirdiyini bilir”.

Gununsesi.info





loading...