İnternet sürətinə görə Azərbaycan qonşu ölkələrdən GERİ QALIR - FOTO

  • By admin
  • 18 Avqust 2017 14:10

internet

Speedtest Global Index-Fixed 2017-ci ilin birinci yarısı üçün dünya ölkələrinin internet sürətini açıqlayıb. 

Gununsesi.info bunu təşkilatın saytına istinadən bildirir.

Hesabatda 133 ölkənin internet şəbəkəsi analiz edilib. Azərbaycan reytinqdə 9.6 Mbt\s-lə 106-ci yerdə qərarlaşıb. Bununla Azərbaycan qonşu Gürcüstan və Ermənistandan geridə qalır.

Gürcüstan orta 16.7 Mbit\s-lə 71-ci, Ermənistan 18.7 Mbit\s-lə 68-ci yerdə qərarlaşıb.

İlk üçlüyü is Sinqapur (154.4Mbit\s), Cənubi Koreya (125.7 Mbit\s), Honq-Konq (117.2 Mbit\s) tutur.

Sonuncu yerdə isə Venesuela qərarlaşıb.

internet şekil

Vüsalə

Gununsesi.info