İnzibati həbs olunanlara niyə görüş verilmir? - TANINMIŞ VƏKİL PROBLEMƏ DİQQƏT ÇƏKİR

  • By admin
  • 30 May 2017 09:50

fariz

Azərbaycanda inzibati qaydada bir neçə sutkalıq həbs olunan şəxslərə ailə üzvləriylə görüş verilməməi narahatlıq doğuran məsələlərdən biridir. Gununsesi.info-nun xəbərinə görə, tanınmış vəkil Fariz Namazlı da özünün sosial şəbəkədəki səhifəsində bu mövzuya toxunub. Vəkil ortada Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun olmasını xatırlatsa da nədənsə buna əməl olunmur. Baxmayaraq ki, Azərbaycan Avropa Konvensiyasını ratifkasiya eləməklə Avropa Məhjkəməsinin presedent hüququnun məcburiliyinin tanınmasını üzərinə götürüb.

Fariz Namazlı yazır: 

İnzibati həbs olunanların ailələri ilə görüş verilməməsi praktikada geniş yayılıb. Şəxslər inzibati həbsə məruz qaldılarsa, müvəqqəti saxlama məntəqələrinin rəisləri onlara ailələri, yaxınları ilə görüş verməkdən imtina edir. Nəticədə şəxsin inzibati həbs müddətində hansı formada olmasından xəbərsiz olur.
Bununla bağlı bu yaxınlarda Avropa Məhkəməsi Rusiyaya qarşı bir qərar qəbul etdi. Pakhtusov v. RF qarşı işdə taksi sürücüsü olan Paxtusov 15 gün inzibati həbsə məruz qalıb, MST rəhbərliyinə ərizə ilə müraciət edərək yaxınları ilə görüşmək istədiyini bildirir. Rəhbərliyin imtinasını alan Paxtusov məhkəməyə üz tutur. yerli məhkəmələr də onun bu xahişini rədd edir. Avropa məhkəməsi kommunikasiyaya başladıqdan sonra Rusiya höküməti “İnzibati həbsin çəkilməsi qaydaları”nı qəbul edir, bu qaydalara görə inzibati həbs olunanlar 1 dəfə ailələri ilə görüşmək hüququna malikdir.
Buna baxmayaraq Avropa Məhkəməsi Konvensiyanın 8-ci (məhkumların ailələri ilə görüşmək hüququ) maddəsinin pozuntusunu elan etdi və bu pozuntuya görə 1000 euro mənəvi zərərə görə kompensasiya təyin etdi .