Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

13 Oktyabr 2017 - 11:56

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ümumi tarazlıq modeli hazırlanır

22396747_1753850971301336_2103477997_o

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ümumi İqtisadi Tarazlıq Modeli işlənilir.

Gununsesi.info-ya İİTKM-dən verilən məlumata görə, bu kontekstdə Asiya İnkişaf Bankı Qazaxıstanın Astana şəhərində, Nazarbayev Universitetində Ümumi Tarazlıq Modeli (CGE) haqqında seminar təşkil edib. Seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbər əvəzi Rəşad Hüseynov və Strateji Təhlil və Planlaşdırma Meneceri Vüsalə Cəfərova iştirak edirlər.

Qeyd edək ki, Asiya İnkişaf Bankının Ümumi Tarazlıq Modelinin (CGE) makroiqtisadi təhlillərdə istifadəsi və tətbiqi ilə bağlı seminarı İİTKM-də müvafiq modelin qurulmasına əlavə töhvə olacaqdır. Bu model sahələr arası qarşılıqlı əlaqələri, regional münasibətlərin səviyyəsini araşdırmağa, sosial-iqtisadi göstəriciləri hesablamağa, orta və uzunmüddətli proqnozlar verməyə imkan verir.

Astanada keçirilən seminarda Avstraliyanın Viktoriya Universitetinin professoru Mark Horic, eləcə də Asiya İnkişaf Bankının Departament rəhbərləri Edimon Gintinq və Dipsa Vijerasna, Nazarbayev Universitetinin professoru Janna Kapsalyamova məruzələr oxuyacaqlar. İİTKM-in departament rəhbərinin əvəzi Rəşad Hüseynovun sözlərinə görə, seminarda Azərbaycanda Ümumi İqtisadi Tarazlıq Modelinin inkişaf etdirilməsi üçün müzakirələr də aparılır. R.Hüseyov bildirib ki, beynəlxalq ekspertlərin Ümumi İqtisadi Tarazlıq Modelinin qurulması işinə cəlb edilməsi, modelin adekvatlığını daha da artıracaqdır. Seminarda Azərbaycan nümayəndələrindən başqa həm də Qazaxıstan və Qırğızıstanın dövlət orqanlarının, beyin mərkəzlərinin və akademik qurumların təmsilçiləri iştirak edirlər.

Gülnaz Qənbərli

Gununsesi.info





loading...