İrəvanda jurnalistlərin etiraz aksiyası keçirilib - FOTO

  • By admin
  • 19 Mart 2018 20:20

Yerevanda meriya binasının qarşısında jurnalistərin etiraz aksiyası keçirilib.

Gununsesi.info xəbər verir ki, aksiya mətbuat nümayəndələrinin meriya binasına girişinin qadağan olunmasına etiraz olaraq davam edib.

Səhər saatlarından başlayan aksiya “Qapıları açın, mətbuat gəlir” şüarı ilə keçirilib.

Qeyd edək ki, fevral ayının əvvəlində Yerevan meriya binasında keçirilmiş Ağsaqqallar Şurasının iclası zamanı baş vermiş iğtişaşdan sonra jurnalistlərin binaya girişi qadağan olunmuşdu.

Gununsesi.info