İrəvanda yeni etiraz dalğası…

  • By admin
  • 20 Yanvar 2018 20:26


Ermənistanın paytaxtı İrəvanda növbəti kütləvi etiraz aksiyası keçiriləcək.

Gununsesi.info bildirir ki, bu barədə parlamentdəki “Çıxış” (Yelk) fraksiyasının sədri Nikol Paşinyan məlumat verib.

Onun sözlərinə görə aksiya fevralın 5-nə planlaşdırılıb.

Qeyd edək ki, yanvarın 19-da İrəvanda, “Moskva” kinoteatrının qarşısında “Bahalığa və vergilərin artırılmasına yox!” şüarı altında etiraz aksiyası keçirilib. Bu aksiyanı da “Çıxış” müxalifət bloku təşkil edib.

Onu da xatırladaq ki, Ermənistanda bir sıra vergilərin 26 faizdən 28 faizədək artırılacağı gözlənilir.

 

Gununsesi.info