İran əsgərləri türkə atəş açdı

  • By admin
  • 27 İyul 2017 13:58

14

İran əsgərlərinin açdığı atəş nəticəsində Türkiyə vətəndaşı 24 yaşlı gənc ölüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Hakkari vilayətinin İranla sərhəd – Yüksəkova qəsəbəsinin Ağaclı kəndi ərazisində baş verib.

Belə ki, Türkiyə-İran sərhədinin Türkiyə tərəfində duran 24 yaşlı Kamuran Fırat adlı şəxsə İran əsgərləri atəş açıb. Kürəyindən ağır yaralanan K.Fırat kənd sakinləri kəməyi ilə Yüksəkova Dövlət Xəstəxanasına aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq K.Fıratın həyatını xilas etmək mümkün olmayıb.

24 yaşlı gənc Türkiyə-İran sərhədini pozmasa da, İran tərəfindən açılan atəş nəticəsində ölüb.

Qeyd edəkki, K.Fırat Yüksəkovanın Ağaçlı kəndində dəfn ediləcək. Hazırda gəncin ölümü ilə bağlı cinayət işi başladılıb.

İran tərəfi isə məsələyə münasibət bildirməyib.

Anar
Gununsesi.info