İranda zəlzələ nəticəsində ən azı 18 nəfər yaralanıb –  YENİLƏNİB

  • By admin
  • 12 Dekabr 2017 20:30

 

İranın qərbindəki Kerman əyalətində baş vermiş 5.7 bal gücündə zəlzələ nəticəsində ən azı 18 nəfər yaralanıb.
“Report”un TASS-a istinadən xəbər verir ki, bir neçə kənddə evlərə ciddi ziyan dəyib, elektrik xətləri və su təchizatı sistemləri sıradan çıxıb.
*** 13:55
İranda 6,2 bal gücündə zəlzələ olub.
”Report” xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmologiya Mərkəzi yayıb.
Zəlzələ günorta saatlarında baş verib.
Yeraltı təkanların mərkəzi İranın cənub-qərbində yerləşən Kirman əyalətinin Hejdak qəsəbəsində olub və 10 km. dərinlikdə qeydə alınıb.
Təbii fəlakət bölgəsinə xilasedicilər və həkim briqadaları cəlb olunub.
Dağıntı və tələfat haqqında hələlik məlumat verilməyib.

Gununsesi.info