İranın nümayəndə heyətinin Azərbaycana nəzərdə tutulan səfərin tarixi dəyişib - RƏSMİLƏRLƏ YANAŞI, ƏFLATUN AMAŞOVLA DA GÖRÜŞƏCƏKLƏR

  • By admin
  • 22 İyun 2017 14:46

021478505575

İranın mədəniyyət və islami irşad nazirinin media məsələləri üzrə müavini Hüseyn İntizaminin rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri iyulun 10-da reallaşacaq.

Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, səfər iyulun 1-nə nəzərdə tutulsa da, tarix dəyişib və səfər iyulun 10-da reallaşacaq. İran nümayəndə heyətinin tərkibinə bir sıra KİV rəhbərləri və nümayəndələri, eləcə də XİN-in keçmiş mətbuat katibi Həmidrza Asəfi daxildir.

İyulun 13-dək davam edəcək səfər çərçivəsində iranlı nümayəndə heyətinin Azərbaycanda rəsmilərlə yanaşı, media rəhbərləri ilə də görüşü nəzərdə tutulub. Nümayəndə heyəti Bakıda Mətbuat Şurasının sədri Əflatun Amaşovla, MTRŞ sədri Nuşirəvan Məhərrəmovla görüşəcək, həmçinin bir sıra media orqanlarının redaksiyalarında olacaq.

Bakıda keçiriləcək görüşlərdə iki ölkə arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri müzakirə olunacaq.

Səfər Mətuat Şurası ilə İran Mədəniyyət və İslam İrşad Nazirliyi arasında imzalanmış əməkdaşlıq memarandumuna əsasən həyata keçirilir. Belə bir qarşılıqlı əməkdaşlıq sənədi Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun 2016-ci ilin noyabrında İrana səfəri çərçivəsində imzalanıb.

İmzalanmış sənədə əsasən tərəflər ildə bir dəfə qarşılıqlı səfər etməli və media sahəsində əməkdaşlığın inkişafına öz töhfələrini verməlidirlər.

Səfirlikdən o da bildirilib ki, İran nümayəndə heyətinin ardınca payız aylarında Azərbaycan media nümayəndələrindən ibarət nümayəndə heyəti İrana cavab səfəri edəcək.

imgpsh_fullsize (9)_949

Mürtəza

Gununsesi.info