İraq əl-Havica şəhərinə hücuma başladı

  • By admin
  • 21 Sentyabr 2017 10:58

iraq-ordusu
İraq Silahlı Qüvvələri Kərkük əyalətinin əl-Havica şəhərini “İraq-Şam İslam Dövləti” (İŞİD) Terror Təşkilatından azad etmək üçün hücuma keçib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İraq baş naziri Haydar əl-İbadi İraqın rəsmi dövlət kanalına açıqlamasında belə deyib.

Haydar əl-İbadi bildirib ki, hazırda əl-Havica şəhərini azad edilməsi əməliyyatının ilk mərhələsinə starat verilib. “İraq Silahlı Qüvvələrin bütün qoşun növləri, hərbi birlik və birləşmələr eyni vaxtda bir neçə əməliyyatlar həyata keçirirlər. İraq Ordusu bütün etimadı doğruldaraq bir-birinin ardınca möhtəşəm qələbələr qazanırlar” -, deyə baş nazir əlavə edib.

Anar

Gununsesi.info