İraq ordusu Mosulun cənubunda kəndi azad etdi

  • By admin
  • 23 İyul 2017 21:53

mosul

Mosulun cənubunda yerləşən İmam Qərbi kəndi tam olaraq İraq hərbçilərinin nəzarəti altına keçib.

Gununsesi.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, bu haqda İraq ordusunun polkovnik-leytenantı Nacem Abdulla Hüseyn xəbər verib.

Qeyd edək ki, “700 terrorçu kəndi” kimi tanınan kənd iki həftə əvvəl İŞİD yaraqlıları tərəfindən ələ keçirilibdir. 700-ə yaxın terrorçu Mosulda məğlub olduqdan sonra kəndi tutublar.

Gununsesi.info