İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi türkiyəli həmkarı ilə görüşəcək

  • By admin
  • 23 Sentyabr 2017 13:26

1493450114

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə səfər edib.

Gununsesi.info “Anadolu”-ya istinadən xəbər verir ki, Osman əl-Qənimi bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akarla görüşəcək.

Qeyd edək ki, İraqın şimalındakı kürd muxtar bölgəsi sentyabrın 25-də “müstəqilliklə bağlı referendum” keçirməyi planlaşdırır. Türkiyə, İraq, İran, ABŞ və bir sıra dövlətlər belə bir tədbirin keçirilməsinin əleyhinədir və bölgə hökumətindən “referendum”u təxirə salmağı tələb ediblər.

Gununsesi.info