İraqda partlayış - 20 ÖLÜ, 40 YARALI

  • By admin
  • 21 Noyabr 2017 19:00

İraqın şimal-şərqindəki Tuz-Xurmatu şəhərində güclü partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, partlayıcı maddə ilə yüklənmiş bazar yaxınlığında partladılıb.

Partlayış nəticəsində azı 20 nəfərin həlak olduğu bildirilir.

Hadisə nəticəsində 40-dan çox adamın isə yaralandığı qeyd olunub.

Ölü və yaralı sayının arta biləcəyi istisna olunmur.

Gununsesi.info