İraqda terrorçu-kamikadze özünü partladıb: 50 ÖLÜ, 80 YARALI

  • By admin
  • 14 Sentyabr 2017 17:40

08
İraqın cənubunda yerləşən Nasıriyə əyalətində terrorçu-kamikadze özünü partladıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində 50 nəfər ölüb,80 nəfər isə yaralanıb.
Belə ki, terrorçu-kamikadze Nasıriyə əyalətində fəaliyyət göstərən restoranlardan birini hədəfə götürüb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Partlayış çox güclü olduğundan ölü və yaralı sayının artacağı istisna edilmir.

İraq polisin verdiyi məlumata görə, partlayışın ardınca 3-4 nəfər silahlı restorana daxil olaraq insanlara atəş açmağa başlayıb. Pratlayışda ölən 50 nəfərdən 4-dü isə İran vətəndaşıdır.

Qeyd edək ki, hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Anar
Gununsesi.info