Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018

18 Yanvar 2018 - 16:06

İş yerlərinin sayı ilə necə manipulyasiya edilir?- NEMƏT ƏLİYEVİN RƏYİ

“İşsizlərin sayı 11 ayda 53,7 min nəfər, son 2 il 11 ayda 227,4 min nəfər artıb. Hökumət isə hələ də “5 faiz – 250 min işsiz” deyir və öz iddiasından bir addım da geri durmur”.

Gununsesi.info bunu iqtisadçı-ekspert Nemət Əliyevə istinadən xəbər verir.

N.Əliyevin sözlərinə görə, ölkədə iqtisadi fəal əhalinin sayı rəsmi məlumatlara görə, 01.01.2017-ci il tarixə 5 012,70 min nəfər, 01.12.2017-ci il tarixə 5 073,20 min nəfər olub. Deməli, ötən 11 ayda əmək qabiliyyətli əhalinin sıralarına yeni qoşulanların sayı 60,5 min nəfər olub.

Ötən 11 ayda daimi iş yeri olanların (muzdla çalışanların) sayı isə aşağıdakı kimi dəyişib:

01.01.2017-ci il tarixə 1 514,4 min nəfər; 

01.12.2017-ci il tarixə 1 521,2 min nəfər.

Bu göstərici üzrə artım 6,8 min nəfərdir.

N.Əliyev deyir ki, investisiya və kredit qoyuluşlarının azaldığı bir şəraitdə daimi iş yerlərinin sayının artması şübhəlidir və inandırıcı deyil: “Hətta bu şübhə və inamsızlığı bir kənara qoysaq belə, yuxarıdakı məlumatların müqayisəsi göstərir ki, ötən ilin 11 ayında iqtisadi fəal əhalinin sıralarına yeni qoşulanların sayının 60,5 min nəfər olmasına baxmayaraq, daimi işləyənlərin sayı vur-tut 6,8 min nəfər artıb. Buradan o nəticə çıxır ki, iqtisadi fəal əhali sırasına yeni qoşulan 60,5 min nəfərin 6,8 min nəfəri özünə iş tapa bilib. Qalan 53,7 min nəfəri (60,5 – 6,8) isə işlə təmin olunmayıb, işsiz qalaraq işsizlər ordusunun sıralarına qoşulub.

Hesablamalar göstərir ki, 2015-ci ilin əvvəlindən üzü bu yana işsizlər ordusunun sıraları 227,4 min nəfər genişlənib. Hələ yalnız 2 il 11 ayda işsizlərin sayında əmələ gəlmiş bu artım göstəricisi hökumətin işsizlərin ümumi sayına dair açıqladığı rəqəmin (250 min) 91 faizi qədərdir.

Yayılan digər rəsmi məlumatlarda iddia olunur ki, 2015, 2016 və 2017-ci illərdə ölkədə üst-üstə 422 min 972 daimi iş yeri yaradılıb. Amma daimi işləyənlərin sıra sayı bu dövrdə vur-tut 5 min 100 artıb. Bunu da nəzərə alsaq, belə qənaət hasil olur ki, qeyd edilən dövrdə 417 min 872 daimi iş yeri sıradan çıxaraq bağlanıb. Əgər belə olmasaydı, daimi işləyənlərin (muzdla işləyənlərin) sıra sayı 1,9 milyon nəfərdən çox olmalıydı. Lakin DSK-nın yaydığı rəsmi məlumata görə ölkədə daimi iş yeri olanların sayı 1,5 milyon nəfərdir”.

“Deməli, ölkədə işsizlik səviyyəsi və yeni iş yerlərinin yaradılması haqqında açıqlanan məlumatlar təsdiqini tapmır. İctimai inam yükünü lap çoxdan itirmiş köhnə informasiyaları təkrar-təkrar dövriyyəyə buraxmaqla irəli getmək, sosial sahədəki tənəzzülü durdurmaq, əhalinin yaşayışını yaxşılaşdırmaq olmaz. Belə bir vəziyyətdə aldadılan ictimaiyyətdən dəstək almaq da mümkün deyil”.

Vüsalə

Gununsesi.info