İsa Qəmbər xəstəxanaya yerləşdirildi - ÜRƏYİNDƏ PROBLEMLƏR VAR

  • By admin
  • 13 Yanvar 2018 20:20

Bu gün Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.

Gununsesi.info-nun xəbərinə görə Müsavat Partiyasının başqanı Arif Hacılı öz açıqlamasında deyib ki, İ. Qəmbər bu gün özünü pis hiss edib və həkimə müraciət edib.

İ. Qəmbər Mərkəzi Klinik Xəstəxanada müayinədən keçib və ürəyində müəyyən problemlər aşkarlanıb. A. Hacılı hazırda İ. Qəmbərin səhhətinin stabil olduğunu, həkimlərin məsləhəti ilə bir neçə gün xəstəxanada qalacağını bildirib.

Gununsesi.info