İŞİD dəhşətli silah hazırlayır - BİLL GEYTSDƏN SENSASİON AÇIQLAMA

  • By admin
  • 19 Fevral 2017 09:18

BİLLGEYTS

Bill Geyts (Bill Gates) Münhendə keçirilən Təhlükəsizlik Konfransında çıxışı zamanı ssensasion iddialar səsləndirib. Microsoft şirkətinin həmsədrlərindən biri olan amerikalı iş adamı bəyan edib ki, ABŞ və Britaniya xüsusi xidmət orqanlarının məlumatında deyilir ki, İŞİD bioloji silah hazırlamaq üçün bütün imkanlarını səfərbər edib. Onun sözlərinə görə, bio-terrorizm hər il 30 milyon insanın ölümünə səbəb öla bilər. Dünyanın ən varlı adamı xatırladıb ki, bəşəriyyət 1918-ci ildə ölümcül qrip ucbatından 50-100 milyon arası insan itirib.

O, deyib: “Biz inadla insan sağlamlığı təhlükəsizliyi ilə beynəlxalq təhlükəsizliyin bir-birindən asılı olduğunu inkar edirik.”
Xatırladaq ki, Bill Geytes həm də dünya çapında olan xeyriyyəçi kimi tanınır. Xanımı Melinda Geyts ilə birlikdə o, 85 milyard dollarlıq varidatının 95 faizini xeyriyyə işlərinə xəcləyəcəyini bəyan edib.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti xəbər yayıb.