Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

24 Noyabr 2017 - 08:40

“İŞİD üzvlərini biz məhv etmişik”- TÜRKİYƏLİ NAZİR

Türkiyə Yaxın Şərqdə hərbi əməliyyatlar zamanı İŞİD terror qruplaşmasının 4 mindən çox üzvünü məhv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.   

“Münaqişə başlayandan biz 1 milyondan çox dinc sakini qətlə yetirən Əsəd rejimini ciddi şəkildə tənqid edirik, lakin heç vaxt münaqişənin hər-hansı həllinə qarşı çıxış etməmişik, əksinə”, – deyə M.Çavuşoğlu Romada İtaliya-Türkiyə biznes-forumunda çıxışı zamanı bildirib.

XİN rəhbəri Türkiyənin çoxdan “Suriyanın dostları qrupu”nun və İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyanın iştirakçısı olduğunu xatırladıb.

“İŞİD terrorçularını Türkiyədən çox məhv edən olmayıb: Suriya və İraqda 4 mindən çox terrorçu məhv edilib. Bundan başqa, xaricdə döyüşlərdə iştirak etmiş 5 mindən çox silahlı ölkədən çıxarılıb, 3 mindən çoxu isə həbs edilib”, – deyə M.Çavuşoğlu qeyd edib.

Onun sözlərinə görə, Ankara uzun müddətdir Suriyadakı müxalifət qruplarını Cenevrə danışıqlarında iştirak etməyə sövq edir, lakin Dəməşqin hazır olmadığı səbəbindən bu proses nəticə gətirmir: “Cenevrədə onların arasında razılıq əldə olunmalıdır”.

Gununsesi.info