İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıdı - BƏYANNAMƏ

  • By admin
  • 13 Dekabr 2017 17:10

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: “ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır”.

Sənəddə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.

Qeyd edək ki, İstanbulda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Gununsesi.info