İslam Əməkdaşlıq Təşkilatından QÜDS BƏYANATI

  • By admin
  • 07 Dekabr 2017 11:54

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, eləcə də səfirliyin Təl-Əvivdən Qüdsə keçirilməsi qərarını pisləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə trend-ə təşkilatdan məlumat verilib.

Məlumatda qeyd olunur ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması təkcə müsəlman və ərəblər yox, həm də bu şəhərdə yaşayan xristianlara qarşı yönəlib.

Təşkilatdan o da qeyd olunub ki, dekabrın 13-də İƏT bu məsələ ilə bağlı fövqəladə iclas keçirəcək.

Gununsesi.info