“İslamiada bir daha Azərbaycanın dünyada tanıtımı olacaq” - DEPUTAT

  • By admin
  • 22 Aprel 2017 18:21

melahet4

“Ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində mühüm rol oynayan ən başlıca amil Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələrə malikdir və İslam dünyasında böyük nüfuz sahibidir, ölkəmiz İslam dini dəyərlərinin qorunması və təbliği istiqamətində də öz töhfələrini verməkdədir:

“Prezident İlham Əliyev qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir.  Dövlətimizin başçısı bildirib ki, bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq.

Bildiyiniz kimi, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox uğurla fəaliyyət göstərir. Xatırladım ki, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri də Mehriban xanım idi. Məhz onun rəhbərliyi ilə bu Oyunlar yüksək səviyyədə keçirildi.

İlk Avropa Oyunları göstərdi ki, Azərbaycan ən yüksək tədbirlərə ev sahibliyi etməyə qadirdir. Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının da çox yüksək səviyyədə keçiriləcəyinə əminik. Bu tədbir bir daha Azərbaycanın dünyada tanıtımı olacaq”.

Gununsesi.info