Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017

07 Yanvar 2017 - 00:12

İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi?- Bəzi deputatlarsa mənzillərinin təmirinə başladılar - FOTOLAR - YENİLƏNİB

ismayil-omarov-esas

Tikintisi 13 il davam edən və ötən ilin son günlərində “Ağ şəhər” deyilən ərazinin yaxınlığında  istifadəyə verilən “Deputatlar binası”nda mənzili olanlar sırasında daha iki tanınmış şəxsin, iki eks-deputatın adı məlum olub.

Bunlar ikinci çağırış parlamentin üzvü olan sabiq millət vəkilləri – İTV-nin keçmiş şefi İsmayıl Ömərov və onun yaxın dostu, Ali Məhkəmənin hakimi İlqar Qılıcovdur.

Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, həmin şəxslər də 2003-cü ildə tikintisinə başlanılan “Deputatlar binası”nda mənzil növbəsinə dayanıblar.

Ancaq indi onların yeni mənzillərdə yaşayıb-yaşamayacaqları tam dəqiq deyil.

Yəni, həmin binanı tikən “KAT Ltd” tərəfindən bir çox sabiq və indiki deputatlar ayrı-ayrı yerlərdə tikilmiş “göydələn”lərdə mənzillə təmin olunublar.

Bu səbəbdən adıçəkilən sabiq deputatların həmin binadakı mənzillərinə sahiblənib-sahiblənməyəcəkləri tam dəqiq deyil.

Bu arada – yeri gəlimişkən,  sabiq deputatlardan Əliməmməd Nuriyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin həmin binadan mənzil alması faktı özünün təsdiqini tapmayıb.

Belə ki, Ə. Nuriyev özü bu faktı təkzib edib.

P.S. Əldə etdiyimiz yeni məlumata görə isə yeni bina zahirən göz oxşasa da, o qədər də keyfiyyətli tikilməyib.

Bu səbəbdən də, indiki və sabiq deputatlardan bir neçəsi yeni mənzillərinin təmirinə başlayıblar və təmir işlərinin də aylarla davam edəcəyi gözlənilir.

ilaqr-qilicov

Gununsesi.info





loading...