İsmayıllıda ikimərtəbəli 5 otaqlı ev yanıb

  • By admin
  • 25 Mart 2017 19:40

ev_yandi

İsmayıllı rayonu, Qıçatan kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info