VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

18 Avqust 2017 - 08:14

İspaniyada bir gündə 3-cü terrakt baş verdi:Kambrils şəhərində yaralanmış beşinci terrorçu da öldü - YENİLƏNİB

polica-2

İspaniyanın Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşının olduğu bildirilir.

Məlumata görə, polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanıb.

Öldürülən terrorçuların üzərindən kamikadzelərin istifadə etdiyi “şəhid kəmər”ləri (kəmərə bərkidilmiş partlayıcı qurğu) aşkarlanıb. Onlar Barselonada ötən axşam törədilən terror aktını təkrarlamaq niyyətində olublar.

Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 100 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, daha biri isə atışma zamanı məhv edilib.

***

Kambrils şəhərində antiterror əməliyyatı zamanı yaralanaraq saxlanılmış beşinci terrorçu ölüb.

Bu barədə isə Kataloniya hüquq-mühafizə orqanlarından bildirilib.

Gununsesi.info

 




loading...
Loading...