İsrail ordusu “HƏMAS”ın mövqelərini bombaladı

  • By admin
  • 27 Fevral 2017 20:08

pic_416b46334bba3c68576d8ed1cff4839d

 

İsrail Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr Qəzza bölgəsində “HƏMAS” terror qruplaşmasının mövqelərinə raket-bomba ilə aviazərbələr yetirib.

Gununsesi.info-nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, hücum İsraildə səhrada partladılan bir neçə raketə cavab olaraq həyata keçirilib.

İsrail Müdafiə nazirliyinin bəyanatında bildirilir ki, bu cür hücumlar ölkə vətəndaşlarının həyat və təhlükəsizliyinə təhdiddir, eləcə də dövlətin suverenliyini pozur.

Qeyd olunur ki, İsrail ordusunun aviazərbələri nəticəsində xəsarət ala olmayıb. Lakin “HƏMAS”ın hücumu nəticəsində 4 nəfər yaralanıb.

 

Gununsesi.info